4 Noyabr 15:45
10:50
854
Anaklia dərin dəniz limanı, Şərq-Qərb avtomagistralı, Qara dəniz sualtı kabeli, Tbilisi beynəlxalq hava limanı layihəsi və Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanı Çin və Avropa arasında əsas ticarət və nəqliyyat marşrutuna çevirir, regional əlaqələri möhkəmləndirir və iqtisadi əməkdaşlığın inkişafına töhfə verir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində çıxışında deyib.
O bildirib ki, Gürcüstan Çinlə tərəfdaşlığı gücləndirmək və müxtəlif sahələr üzrə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Kobaxidze qeyd edib ki, Gürcüstan Çin və Avropa arasında Orta Dəhliz vasitəsilə yükdaşımalarının artırılması istiqamətində əməkdaşlığı davam etdirməyə hazırdır.
“Bu ilin yanvar-avqust aylarında Orta Dəhlizlə Çin və Gürcüstan arasında daşınan konteynerlərin sayı 71 faiz artıb. Bununla yanaşı, 2024-cü ildə daşınmış konteynerlərin həcmi illik müqayisədə 15 dəfə artıb”, - Baş nazir əlavə edib.
12:04
700
11:40
693
11:11
840