4 Noyabr 15:45
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir? -Azərbaycanlı politoloqun ŞƏRHİ
Azərbaycanda 2026-2029-cu illər üzrə proqnozlaşdırılan yaşayış minimumu açıqlanıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır
11:05
882
Bu gün şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər birimizin müqəddəs borcudur.
Bunu Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, hər bir məmur, o cümlədən prokurorluq əməkdaşları bu amalın icrasında öz məsuliyyətini dərindən dərk etməli, xidməti vəzifələrini vicdanla, ləyaqətlə icra etməlidirlər: "Torpaqlarımızın işğaldan azad edilməsindən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları yaradılıb. Hazırda adları qeyd edilən prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə zəruri şərait təmin edilib, ştat vahidlərinin komplektləşdirilməsi həyata keçirilib".