Dövlət büdcəsindən Naxçıvan MR-a dotasiyanın azaldılmasının səbəbi açıqlanıb İqtisadiyyat

Dövlət büdcəsindən Naxçıvan MR-a dotasiyanın azaldılmasının səbəbi açıqlanıb

Naxçıvanın gəlirləri 52,0 milyon manat və ya 23,7 faiz artımla, xərcləri isə 22,0 milyon manat optimallaşdırılıb.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində maliyyə nazirinin müavini Himalay Məmişov deyib.

Nazir müavini bildirib ki, növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483,0 milyon manat məbləğindədir: “Muxtar Respublikaya 2026-cı il üçün dövlət büdcəsindən 211,6 milyon manat həcmində dotasiya nəzərdə tutulur. Dotasiyanın həcmi cari ilə nisbətən 74,0 milyon manat və ya 26 faiz azalıb. Buna səbəb Muxtar Respublikanın gəlirlərinin 52,0 milyon manat və ya 23,7 faiz artımı, xərclərinin isə 22,0 milyon manat optimallaşdırılmasıdır”.