4 Noyabr 15:45
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir? -Azərbaycanlı politoloqun ŞƏRHİ
Azərbaycanda 2026-2029-cu illər üzrə proqnozlaşdırılan yaşayış minimumu açıqlanıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır
11:35
812
Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə işsizlikdən sığorta fondundan 77 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində deputat Musa Quliyev deyib.
O bildirib ki, 2026-cı ildə Fondun hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur.
Dünya Bankı ilə bağlanmış müqaviləyə görə, əlavə 7 min nəfər özünüməşğulluq proqramlarına cəlb ediləcək.