Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq
Gürcüstanda azərbaycanlı qardaşları qətlə yetirən şəxs saxlanılıb
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib
5 Noyabr 2025 10:57
2 793
Beyləqan rayonu Kəbirli kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə tədris korpusunun tikintisi artıq yekunlaşıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Layihənin icrası nəticəsində məktəbdə ümumilikdə 824 şagirdin təhsil alması üçün müasir şərait yaradılıb.
Layihə çərçivəsində həm əsas binada, həm də yeni korpusda zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Məktəbdə ümumilikdə 35 sinif otağı, 3 laboratoriya, 3 informatika kabineti, çağırışaqədərki hazırlıq və əmək otaqları, kitabxana və oxu zalı, akt və idman zalları, eləcə də yeməkxana fəaliyyət göstərir.
Yeni tədris binası müasir istilik və yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq işləri aparılıb, idman meydançaları və yaşıllıq zolaqları salınıb.
Bu layihə Beyləqan rayonunda təhsil infrastrukturunun müasirləşdirilməsi, şagirdlərin təhlükəsiz və rahat mühitdə təhsil alması, eləcə də müəllimlərin səmərəli fəaliyyətinə şərait yaradılması məqsədilə həyata keçirilib.