“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
09:49
616
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının "Kinjal" hipersəs raketi ilə silahlanmış Rusiya MiQ-31 qırıcı təyyarəsini qaçırmaq cəhdinin qarşısını alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarənin NATO-nun ən böyük aviabazasına qarşı təxribatda istifadə edilməsi planlaşdırılıb.
Qeyd olunub ki, əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən britaniyalı kuratorlarının dəstəyi ilə təşkil edilib. Ukrayna agentləri rusiyalı pilotlarını "verbovka" etməyə cəhd edib və onlara təyyarəni qaçırmaq üçün 3 milyon dollar təklif ediblər. Daha sonra "Kinjal" raketi ilə silahlanmış təyyarənin NATO-nun cənub-şərqi Avropadakı ən böyük aviabazasının yerləşdiyi Rumıniyanın Konstansa şəhərində yerləşən və hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcəyi yerə yönəltmək planlaşdırılıb.