Rusiya-Ukrayna müharibəsi: Rusiyanın resursları azalır?
11 Mart 23:50
11 Mart 23:50
11 Mart 23:40
10 Noyabr 2025 12:02
2 807
“Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir”.
APA xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin “Xalq gündəliyi” qəzetinə müsahibəsində deyib.
Baş nazirin müavini bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28% artıb: “Bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir".
Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən Baş nazirin müavini qeyd edib ki, bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır: “Eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur.”
11 Mart 23:17
756
11 Mart 10:16
1 365
11 Mart 09:52
1 400