Ərdoğan: Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qalıqları üçün axtarışlar davam edir Dünya

Ərdoğan: Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qalıqları üçün axtarışlar davam edir

Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qalıqları üçün axtarışlar davam edir.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib.

Dövlət başçısı deyib ki, müvafiq qurumlar qəzanın baş verdiyi ərazidə təyyarənin qalıqlarını tapmaq üçün axtarışlara davam edir:

"Qəzanı öyrəndik. Ölkənin aidiyyəti qurumları təyyarənin qalıqlarının aşkarlanması üçün iş aparır. Ümid edirik ki, bu hadisədən minimum itki ilə çıxacağıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarla birlikdədir", - Ərdoğan vurğulayıb.