Rusiya özünü məhv etməyə hazırlaşır Dünya

Rusiya özünü məhv etməyə hazırlaşır

Lavrov yenidən denazifikasiya və demilitarizasiya haqqında cəfəngiyyatlar danışmağa başladı! Ona görə də mən həmişə deyirəm ki, Rusiya bu müharibəni bitirə bilməz və biz buna ümid etməməliyik.

Bunu xalqcebhesi.az-a Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday (Ukrayna) deyib.

"Rusiya nəhayət postsovet məkanında və bir sıra başqa ölkələrdə nüfuzunu itirdi, 1,5 milyona yaxın əsgər və zabitini itirdi, 1 milyondan 3 milyona qədər əmək qabiliyyətli vətəndaşı ölkəni tərk etdi, əsasən 18-45 yaşlılar. İqtisadiyyatı ipdən asılmış, mahiyyətcə Çin müstəmləkəsinə çevrilib" - deyib politoloq.

O, qeyd edib ki, Aşancaq belə şəraitdə bir dəstə xəstə qoca yüz minlərlə rusu ölümə ataraq illüziyalar içində yaşamağa davam edir. Onlar ən azı bütün rusları və Rusiyanın özünü məhv etməyə, demək olar ki, bütün dünya ilə çəkişməyə və Çinə təslim olmağa hazırdırlar, sadəcə Ukraynanın daha bir şəhərini tutmaq və tamamilə məhv etmək niyyətindədirlər:

"Ona görə də bu şizofrenik kvazi-imperiyadan təhdid və müharibədən başqa heç nə gözləməyin. Bir qədər arxayınlaşan yeganə şey Rusiyanın çox da uzun ömür sürməyəcəyidir".

Cavid