"Əgər Rusiya maksimalist istəklərini davam etdirəcəksə..." Dünya

"Əgər Rusiya maksimalist istəklərini davam etdirəcəksə..."

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı Avropa ölkələrində hələ də vahid mövqe yoxdur. Nəzərə alsaq ki, Almaniya, Fransa və Böyük Britaniyanın dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına yönləndirilməsi ilə bağlı mövqeyinə qarşı Slovakiya, Macarıstan kimi dövlətlər hələ ki, iradə sərgiləməkdə davam edirlər. Slovakiya Baş naziri Robert Fitso hesab edir ki, aktivlərin müsadirəsi Rusiyanın cavab tədbirləri görməsinə gətirib çıxaracaq.

Məsələyə Slovakiya baş nazirinin münasibəti konteksindən yanaşsaq Rusiyanın aktivlərinin müsadirəsinə cavab tədbirləri ola bilərmi?

Əgər olarsa hansı formada olar? – sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Macarıstan və Slovakiyanın ehtiyatlı davranışları təsadüfi deyil. Hər iki dövlət Avropa Birliyi ölkələrinin etibarlılıq, əslində etibarsızliq əmsalını bilirlər. Və nəzərə alsaq ki, nəinki bu məsələ ilə bağlı vahid mövqedə olmamaq, əslində bu istiqamətdə təşəbbüslərə qarşı iradə sərgiləməkləri də təsadüfi deyil. Bu gün Rusiya enerji təminatında Macarıstan və Slovakiya üçün əsas təminatçı ölkədir.

Əslində Avropa ölkələrinin böyük əksəriyyəti bu gün Rusiya neftindən və qazından aslı vəziyyətdədir. Çoxsaylı sanksiya paketinin qəbul olunmasına rəğmən hələ ki, bu istiqamətdə 100%-lik addım atmağa isə tələsmirlər.

Çünki Ukrayna – Rusiya müharibəsinin 4 ilinin tamam olmasına bir neçə ay qalmasına baxmayaraq hələ də, bu istiqamətdə alternativlər yoxdur. Ehtimallar isə 2027-ci ildən sonranı işarə edir.

Slovakiya və Macarıstan höküməti bilir ki, AB-nin bəzi ölkələrinin Rusiya aktivlərinin Ukraynaya verilməsi təkliflərinin arxasında məntiq dayanmır. Rusiyanın isə bu istiqamətdə alternativləri var. Əvvəla müharibənin ilk günlərində Rusiyanı kütləvi şəkildə tərk edən AB ölkələrinin dövlət və ya müstəqil şirkətlərinin aktivləridə Rusiyada qalıb. Digər tərəfdən Rusiyanın enerji təminatında yarada biləcəyi problemlər göz ardı edilə bilməz. Lakin hər şey olmasa da, bəzi nüanslar hazırda müzakirəsi davam edən “sülh sazişinin” mətni ilə bağlı yekun nəticənin elanından da aslı olacaq. Əgər Rusiya maksimalist istəklərini davam etdirəcəksə, o, zaman iqtisadiyyatında zəlzələ effekti yaradacaq qərarlar ola bilər.

Cavid