Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıb Dünya

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıb

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın havadan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olub.

APA xəbər verir ki, bu barədə “Newsis” məlumat yayıb.

Bildirilib ki, sözügedən hərbi təyyarələr icazəsiz şəkildə zonaya daxil olub və Cənubi Koreya ordusu dərha cavab tədbirləri görüb.

“Dekabrın 9-da səhər saatlarında 7 ədəd Rusiya və 2 ədəd Çin hərbi təyyarəsi Şərqi və Cənubi Çin dənizində “KADIZ” (Koreyanın havadan müdafiə sistemlərinin fəaliyyət zonası)-a daxil olublar. Hava sahəsinin pozulması qeydə alınmayıb. Biz öz qırıcılarımızı havaya qaldırdıq və ehtimal olunan ssenari üçün hazırlıq gördük” Cənubi Koreya silahlı qüvvələrinin Baş qərargahı açıqlama verib.

Təyyarələr “KADIZ” zonasını ardıcıl şəkildə tərk ediblər.