11:50
616
COVID-19 pandemiyasının başlanğıcından sonra Çexiya 19 milyard kron (təxminən 800 milyon avro) dəyərində peyvənd alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublika Səhiyyə Nazirliyinin nümayəndəsi Martin Novotnı məlumat verib.
ČTK xəbər agentliyi Novotný-dən sitat gətirib: "COVID-19-dan qoruyan peyvəndlərin ümumi dəyəri indiyə qədər təxminən 19 milyard kron təşkil edib".
Çexiya, əczaçılıq şirkətləri ilə mövcud müqavilələrə əsasən, 2026-cı ilin sonuna qədər peyvənd alacaq. 2026-cı ilə qədər respublikaya 900.000 ədəd bu cür dərmanın gətirilməsi gözlənilir ki, bunun da dəyəri 500 milyon kron (təxminən 20 milyon avro) təşkil edəcək.
Çexiyada COVID-19 peyvəndləri beş il əvvəl başlayıb. Bu müddət ərzində 19,5 milyondan çox peyvənd vurulub. Son bir ildə respublikada 227 min vahiddən az vaksin istifadə olunub.
Məryəm Quliyeva