13:11
1 085
Çərşənbə axşamı Türkiyənin hüquq-mühafizə orqanları İslam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 357 nəfəri saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
"Bu səhər polisimiz tərəfindən ölkənin 21 əyalətində aparılan əməliyyatlar çərçivəsində 357 nəfər İŞİD üzvü olmaq şübhəsi ilə saxlanılıb", - deyə o, X-də yazıb.
Nazir qeyd edib ki, İŞİD əleyhinə əməliyyatlar polis tərəfindən Ankara, İstanbul və Antalya da daxil olmaqla prokurorlarla koordinasiyalı şəkildə həyata keçirilib.
Məryəm Quliyeva