Qızıl mədəni çöküb: 3 işçi həlak olub Dünya

Qızıl mədəni çöküb: 3 işçi həlak olub

Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində qızıl mədəninin çökməsi nəticəsində üç mədənçi həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində baş verən torpaq sürüşməsi qızıl mədənində çökməyə səbəb olub.

Əfqanıstan hakimiyyəti hadisədə üç mədənçinin öldüyünü açıqlayaraq, çökmənin dünən mədənçilər qızıl çıxararkən baş verdiyini və yeraltında qalan mədənçilərin hadisə yerində öldüyünü bildirib.

Oktyabr ayında ölkənin Arqanç Xah bölgəsində də oxşar hadisə baş verib və iki mədənçi mədəndə tunelin çökməsi nəticəsində ölüb.

Məryəm Quliyeva