Alimentlərlə əlaqədar işçinin əməkhaqqından tutulmalara dair yeni norma müəyyənləşir
Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir
Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək
10:54
553
“Bilirik ki, İŞİD terror təşkilatı Türkiyədə kök atmağa çalışıb. Amma Türkiyə dövləti, Türkiyə hüquq mühafizə orqanları İŞİD-ə qarşı uzun illərdir ki, effektiv şəkildə mübarizə aparır. Türkiyənin İstanbul və digər şəhərlərində bir neçə dəfə böyük terror aktları baş verib. Türkiyə bu hücumlardan sonra kəskin əməliyyatlarla bir daha hücum olmaması üçün əlindən gələni edir və zaman-zaman İŞİD-ə qarşı geniştərkibli əməliyyatlar həyata keçirir. Bəzən həmin əməliyyatlarda biz təhlükəsizlik qüvvələrinin nümayəndələrinin şəhid olduğunu eşidirik”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
O, İŞİD-in Yaxın Şərqdə həm islama, həm də bütün insanlığa zərər verən qanlı bir təşkilat olduğunu vurğulayaraq əlavə edib ki, islam dini adından istifadə edərək islama dəxli olmayan şəkildə zülmü, ədalətsizliyi, qanlı terroru yayırlar: “Türkiyə hüquq mühafizə orqanlarının İŞİD-ə qarşı belə əməliyyatlar keçirməsi vacibdir, olmalıdır. Türkiyədə son dönəmlərdə Terrorsuz Türkiyə prosesində müəyyən irəliləmələr var. Düzdür, nəticə etibarı ilə hələ də PKK tam olaraq silahı yerə qoymayıb. Ən azından bu məsələ ilə bağlı irəliləyiş ondan ibarətdir ki, elan edib və Türkiyə yaxında bu prosesin tam yekunlaşması üçün əlindən gələni edir. Belə bir dövrdə İŞİD-in aktivləşməsi ölkədə, şübhəsiz ki, narazılığı artırmaq, stabilliyə qarşı əllərindən gəldiyi qədər zərər vurmaq cəhdidir. Lakin mən hesab edirəm ki, İŞİD bu istəyinə nail ola bilməyəcək”.
Röya İsrafilova