11:40
581
Rusiya xüsusi xidmət orqanları Moskvadakı səfirlikdə çalışan elan edilməmiş Britaniya kəşfiyyat zabitini müəyyən edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Qurum səfirlikdə gizli çalışan Britaniya kəşfiyyat zabitinin akkreditasiyasını ləğv etdiyini açıqlayıb.
Bildirilib ki, britaniyalı diplomatik missiyanın şöbələrindən birində katib kimi qeydiyyatda olub.
Artıq onun akkreditasiyasının ləğv edildiyi bildirilib. Ona iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
15 yanvar tarixində Birləşmiş Krallığın müvəqqəti işlər vəkili Deyni Dolakiyanın Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı da bildirilib.
13:11
112
12:42
448
12:25
518