16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
08:02
742
Niderland Krallığının Rotterdam şəhərində Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurası və Beniluks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevar Mammadov bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün nə qədər ağır və faciəvi olsa da, bir o qədər də qürur duyulan bir gündür. O vurğuladı ki, bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mammad Ahmadzada çıxışında 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Səfir çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasındakı müstəsna rolundan, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlardan danışdı. O qeyd etdi ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Tədbirin aparıcısı “BAK”-ın baş məsləhətçisi Lamiyə Babayeva, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayise Agamirzeyeva Gundogdu, “Hollandiya–Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhesimli, “Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev,
“Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının” üzvü Cafer Gundogdu, “20 Yanvar” hadisələri zamanı həyat yoldaşını itirmiş Ofelia Mechdieva, “Beniluks Azərbaycanlıları Konqresinin” I vitse-prezidenti Sima Cəfərli
çıxış edərək 20 Yanvar şəhidlərini dərin ehtiramla yad etdilər. Çıxışlarda Avropada yaşayan azərbaycanlıların hər zaman öz dövlətlərinin yanında olduqları, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanına daim sadiq qaldıqları xüsusi vurğulandı.
Tədbirin bədii hissəsində Hollandiyada yaşayan tanınmış tarzən Cavid Səlimovun və 2007-ci il Muğam müsabiqəsinin qalibi, Beynəlxalq Muğam Mərkəzinin və Dövlət Filarmoniyasının solisti, xanəndə Rəvanə Qurbanovanın çıxışları təqdim olundu. Səsləndirilən muğam və milli musiqi nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Cavid


