Çində əhalinin sayı 2025-ci ildə 3,39 milyon nəfər azalıb Dünya

Çində əhalinin sayı 2025-ci ildə 3,39 milyon nəfər azalıb

Çində 2025-ci ildə ölkə əhalisinin sayı 3,39 milyon nəfər azalaraq 1 milyard 404,89 milyon nəfər təşkil edib.

Bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə Çində 7,92 milyon körpə dünyaya gəlib, 11,31 milyon nəfər isə vəfat edib.