13:48
581
Avstraliya sahillərində, Makkuori adası yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Daily Mail" ABŞ Geoloji Xidmətinə istinadən məlumat yayıb.
Bu adada Avstraliyanın subantarktik tədqiqat stansiyası və dünyanın ən böyük pinqvin koloniyalarından biri yerləşir.
Avstraliya Antarktika Departamentinin koordinatoru doktor Ben Qalton-Fenzi nəşrə bildirib ki, Makkuori adasının hər iki tərəfində yerləşən tektonik plitələr bir-birinə nisbətən sürüşür və bu səbəbdən sunami riski mümkündür.
Makkuori adası seysmik cəhətdən aktiv zonada yerləşir və son bir ildə burada 21 zəlzələ qeydə alınıb. Sunami təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq elan edilməyib.
Məryəm Quliyeva