HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür Dünya

HAMAS İsrailin təşkilatın liderlərini hədəf ala biləcəyini düşünür

HAMAS rəhbərliyi İsrailin hərəkatın Türkiyədəki üzvlərini hədəf ala biləcəyi fikrindədir.

APA xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun üzvü Məhəmməd Nəzzəl məlumat verib.

"Biz bu ehtimalı istisna etmirik. İsrail mütləq Qətər ssenarisini təkrarlamayacaq və Türkiyə ərazisinə raket hücumları təşkil etməyəcək. Lakin başqa üsullardan da istifadə edə bilər. Buna görə də, HAMAS olaraq biz başa düşürük ki, Qəzzanı tərk etmək rəhbərliyimizin təhlükəsizliyinə zəmanət vermir. Hazırda anklavda olanların getmək niyyəti yoxdur", - o bildirib.