Türkiyədə SEPAH-a casusluq edən 6 nəfər saxlanılıb Dünya

Türkiyədə SEPAH-a casusluq edən 6 nəfər saxlanılıb

Türkiyə təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH – İran Silahlı Qüvvələrinin elit hissələri) maraqları naminə məlumat toplayan casus şəbəkəsini ifşa edib.

Xalqcebhesi.az "TRT"e telekanalına istinadən xəbər verir ki, , İran xeyrinə casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb.

Saxlanılma əməliyyatları Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və polisinin antiterror bölmələri tərəfindən İstanbul, Van, Samsun, Yalova və Ankarada birgə keçirilib. Casusluqda şübhəli bilinən altı nəfər tutulub.

Telekanal bildirir ki, bu şəxslər Türkiyədəki hərbi bazalar və strateji əhəmiyyətli obyektlər barədə məlumat toplayıblar. Onlar Adana vilayətində yerləşən İncirlik aviabazası ətrafında kəşfiyyat və müşahidə aparıb, toplanan məlumatları İran kəşfiyyatına ötürüblər.

Araşdırma zamanı məlum olub ki, şübhəlilər həmçinin pilotsuz uçuş aparatlarının Türkiyə üzərindən üçüncü ölkələrə daşınmasını izləyiblər və onların orada “operativ məqsədlər üçün” istifadəsi ilə bağlı fəaliyyətləri öyrənib müşahidə ediblər.

Məryəm Quliyeva