10:33
581
İran və ABŞ arasında möhkəm sazişin bağlanması üçün bərabər mövqelər və qarşılıqlı hörmət vacibdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Abbas Əraqçi ABŞ-la Omandakı danışıqlar başlamazdan əvvəl "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Tehran diplomatiyaya açıq gözlə yanaşır və 2025-ci ildə baş verən hadisələri yadda saxlayır.
“Öhdəliklərə əməl edilməlidir. Bərabər mövqelər, qarşılıqlı hörmət və ortaq maraqlar – bu, sadəcə ritorika deyil, möhkəm sazişin zəruri şərtləri və sütunlarıdır”, – deyə o yazıb.
Məryəm Quliyeva