Nepalda avtobus uçuruma aşdı: 13 ölü, 34 yaralı Dünya

Nepalda avtobus uçuruma aşdı: 13 ölü, 34 yaralı

Nepalda toydan qayıdanları daşıyan avtobusun uçuruma aşması nəticəsində 13 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, təhlükəsizlik rəsmilərinin məlumatına görə, hadisə paytaxt Katmandudan təxminən 500 km qərbdə, Baitadi bölgəsinə bağlı Budgaun kəndi yaxınlığında baş verib.

Təxminən 200 metrlik uçuruma yuvarlanan avtobusdakı 13 nəfər ölüb, 34 nəfər yaralanıb.

Hadisədən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, ölənlərin cəsədləri dağılan avtobusdan çıxarılıb. Yolcuların toydan qayıtdıqları məlum olub.

Məryəm Quliyeva