Pakistan ordusu: Əfqanıstanın 274 döyüşçüsü öldürülüb - YENİLƏNİB-1
Ağdamda 3-cü yaşayış kompleksində yaxın zamanda tikinti işlərinə başlanılması nəzərdə tutulur
Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB
Pakistan Əfqanıstanın hər hansı yeni təxribatına sərt cavab verməyə hazırdır
17:18
644
“Əfqanıstan və Pakistan arasında baş verən toqquşmalar, əslində, konkret münaqişədən doğan bir məsələdir. Bilirik ki, Əfqanıstan və Pakistan arasında sərhəd problemləri var. Bu da zaman-zaman hər iki tərəfin istənilən vaxt toqquşma riskini artırır. Yəni bəzən tərəflərdən biri sərhəddə öz mövqelərini irəli çəkmək istiqamətində addım atır və bu da gərginliyə səbəb olur. Yəni bu prosesin də kökündə əslində bu dayanır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib.
A.Nərimanlının fikrincə, burada siyasi məqsədlər, maraqlar da var: “İstisna deyil ki, Pakistanın Əfqanıstanla genişmiqyaslı müharibəyə başlamasında maraqlı tərəflərdən biri Hindistandır. Hindistanın da bu prosesdə Əfqanıstan üzərindən toqquşmanı genişləndirdiyi istisna edilməməlidir. Geosiyasi müstəvidə digər maraqlı tərəf ABŞ-dir. ABŞ-nin əsas maraqları isə Çinin sərhədləri yaxınlığında belə bir münaqişənin alovlanmasıdır. Çünki belə bir münaqişənin alovlanması Çinin diqqətini öncə öz regionuna cəlb edir, digər tərəfdən Çinin əsas layihələri olan nəqliyyat dəhlizləri layihələrinə risklər yaradır. Bu baxımdan yanaşdıqca bu prosesdə həm geosiyasi, həm də regional oyunçuların maraqları var”.
Politoloq hesab edir ki, bu toqquşma klassik səbəblərdən, yəni sərhədin müəyyənləşməməsindən başlansa belə toqquşmanın bu həddə çatdırılmasında kənar oyunçuların prosesə müdaxiləsi, prosesi yönləndirmə cəhdləri ola bilər: “Bundan sonrakı vəziyyətə, tərəflərin potensialına nəzər yetirdikdə Pakistan bu prosesdə qalib çıxacaq. Hətta Əfqanıstanın nəzarətə götürdüyü əraziləri, postları alacaq. Bu, qaçılmaz vəziyyətdir. Fikrimcə, prosesə Əfqanıstan üzərindən kənar ünsürlər tərəfindən müdaxilə olarsa bu, müharibənin daha da şiddətlənməsinə gətirib çıxara bilər. Bu da istisna edilməyən variantlardan biridir”.
Röya İsrafilova