ABŞ-ın İraqdakı səfirliyi təcili təxliyə təlimi keçirib Dünya

ABŞ-ın İraqdakı səfirliyi təcili təxliyə təlimi keçirib

Bağdaddakı ABŞ səfirliyi təcili təxliyə də daxil olmaqla, diplomatik missiya heyətinin fövqəladə hallarda hərəkətlərini məşq etmək üçün təlim keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

İraq təhlükəsizlik xidmətindəki mənbələrinə görə, Amerika diplomatik missiyası fövqəladə halların necə idarə olunması ilə bağlı təlim sessiyaları, eləcə də səfirlik ərazisindən təxliyə üzrə məşqlər keçirib.

Mənbələr qeyd edib ki, son 24 saat ərzində "çox sayda amerikalı" İraqı tərk edib. ABŞ vətəndaşlarının böyük əksəriyyətinin Bağdadı İraq paytaxtının beynəlxalq hava limanı vasitəsilə tərk etdiyi bildirilir.

Məryəm Quliyeva