09:37
770
İran əleyhinə hərbi əməliyyatlar başa çatana qədər ABŞ daha çox amerikalı hərbçini itirə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social səhifəsində yazıb.
Tramp bildirib ki, ABŞ bunun baş verməməsi üçün əlindən gələni edəcək, lakin artıq verilmiş itkilərin qisasını alacaq. Vaşinqton “əslində sivilizasiyaya qarşı müharibə aparan terrorçulara sarsıdıcı zərbə endirəcək”, — deyə Amerika lideri vurğulayıb.
Beləliklə, ABŞ prezidenti İranla döyüş əməliyyatları zamanı üç hərbçinin həlak olması və daha beş nəfərin yaralanması barədə məlumatları şərh edib.
Məryəm Quliyeva