Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Antonio Koşta: Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Prezidenti: Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək
Prezident: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
16:42
1 141
İran EXPRESS ROME (Liberiya bayrağı altında üzən) və MAYUREE NAREE (Tailand bayrağı altında üzən) gəmilərinə, onların Hörmüz boğazını keçməyə çalışdığı vaxt zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir ki, EXPRESS ROME gəmisi İranın xəbərdarlıqlarını nəzərə almadıqdan sonra İranın hərbi dəniz qüvvələri tərəfindən mərmilərlə vurulub və yerində dayandırılıb.
Həmçinin bildirilib ki, konteyner gəmisi MAYUREE NAREE də İİKK-in xəbərdarlıqlarına məhəl qoymayaraq Hörmüz boğazından qanunsuz keçməyə cəhd etdikdən sonra bir neçə saat əvvəl İran qüvvələrinin zərbəsinə məruz qalıb.
Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.