Niderlandda hərbi poliqonda yanğın baş verib, 1500-dən çox qaçqın təxliyə olunub
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
KİV: Pentaqon Almaniyadakı qoşunların azaldılması ilə bağlı Trampa hələlik plan təqdim etməyib
Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində həbsdə qalacaq
21:14
791
ABŞ Müdafiə Nazirliyi Almaniyada yerləşdirilmiş qoşunların sayının azaldılması ilə bağlı hələlik Prezident Donald Trampa heç bir konkret təklif təqdim etməyib.
Bu barədə CBS telekanalı yüksək vəzifəli anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, Almaniya hələ də ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarına dolayısı ilə dəstək verir və bu amil Vaşinqton tərəfindən nəzərə alınır.
Tramp aprelin 29-da ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirdiyini və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyini açıqlamışdı.