Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
1 May 10:09
1 617
2026-cı ilin hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışı başa çatıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, toplanışın başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, toplanış zamanı iştirakçıların döyüş vərdişləri və bacarıqları inkişaf etdirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Plana uyğun olaraq, hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi hazırlıq üzrə məşğələlər, eləcə də müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçirilib, vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Sonda iştirakçılara gələcək işlərində uğurlar arzulanıb və təlimdə fərqlənənlərə fəxri fərmanlar verilib.
30 İyun 22:01
882
30 İyun 21:58
847
30 İyun 19:11
1 099


