09:25
798
Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri gecə ərzində ölkə regionları üzərində Ukraynaya məxsus 141 PUA-nı ələ keçirərək məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə ərzində, cari ilin 30 aprel saat 20:00-dan 1 may saat 07:00-dək olan müddətdə növbətçi HHM vasitələri ilə Belqorod, Kursk, Bryansk, Rostov, Kaluqa, Smolensk vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası əraziləri, habelə Qara və Azov dənizləri akvatoriyası üzərində Ukraynanın təyyarə tipli 141 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib", — deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva