Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
30 Aprel 17:58
2 121
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə XTQ-nin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.
Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun nümayəndələri, XTQ-nin hərbi qulluqçularının iştirak etdiyi təbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər XTQ-nin tarixindən danışıb, torpaqlarımızın düşmən işğalından azad edilməsində şəxsi heyətin göstərdikləri şücaətlərdən söhbət açıblar.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin XTQ-yə böyük əhəmiyyət verdiyi, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda xüsusi təyinatlıların qəhrəmanlıq nümunələrinin hər zaman yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.
Xüsusi Təyinatlı döyüşçülər bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Vətənə hər zaman şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə qeyd edərək, XTQ-də xidmətlərindən qürur hissi ilə danışıblar.
Xüsusi təyinatlılara həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirlər çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkiblər.
Şəhid ailələri və yaxınları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də MN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
30 İyun 22:01
952
30 İyun 21:58
910
30 İyun 19:11
1 127

