NATO Trampın tələblərindən sonra Hörmüz boğazının açılmasına səy göstərir Dünya

NATO Trampın tələblərindən sonra Hörmüz boğazının açılmasına səy göstərir

NATO müttəfiqləri Hörmüz boğazının açılmasına çalışır.

Bunu NATO Baş katibi Mark Rutte Norveçə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Mən bir çox müttəfiqlə əlaqə saxlamışam. Əlbəttə ki, hamımız razıyıq ki, bu boğaz yenidən açılmalıdır. Bildiyim odur ki, müttəfiqlər birlikdə çalışır, bunu necə edəcəyimizi, bunu etməyin ən yaxşı yolunu müzakirə edirlər”, - Rutte qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini dünyanın neft və mayeləşdirilmiş təbii qaz təchizatı üçün həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazından tanker karvanlarını müşayiət etmək üçün hərbi gəmilər göndərməyə çağırıb.

Xatırladaq ki, İran ABŞ və İsraillə müharibəsi fonunda Hörmüz boğazını bağlayıb.