21:03
630
"Tökülən hər bir qanın qarşılığı qanla ödənilir və şəhidlərin cinayətkar qatilləri tezliklə cəzalarını çəkməlidirlər".
Bunu İranın Ali Rəhbəri Müctəba Xamenei öz “Telegram” kanalında yazıb.
"Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Liderin şuradakı nümayəndəsi Əli Laricaninin şəhid olması xəbərini dərin kədərlə aldım. Tökülən hər bir qanın cəzası var. Şəhidlərin cinayətkar qatilləri tezliklə cəzalarını çəkməlidirlər", - Xamenei mesajında bildirilir.