14:45
966
Tehran Vaşinqtonun diqqətinə çatdırıb ki, o, müvəqqəti atəşkəsdə deyil, tammiqyaslı sülh sazişində və gələcəkdə ABŞ və İsrail tərəfindən hücumların bərpa olunmayacağına dair təminatda maraqlıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu iddia "The New York Times" qəzetinin anonim iranlı rəsmilərə istinadən dərc etdiyi materialda yer alıb. Nəşrin versiyasına görə, İranın xarici işlər naziri Abbas Araqçı bu tələbləri ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə söhbətində səsləndirib. Qəzetin həmsöhbətləri iddia edirlər ki, Tehran həmçinin konkret iqtisadi sanksiyaların ləğvinə nail olmaq istəyir. Əməliyyat başlamazdan əvvəl aparılan danışıqlar zamanı Amerika tərəfi bildirib ki, məhdudiyyətlərin yumşaldılması yalnız İslam Respublikasının nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirəcəyi təqdirdə mümkündür.
Məryəm Quliyeva