15:00
910![]()
ABŞ və İsrail hərbçiləri İranın paytaxtı Tehrana zərbələr endirməkdə davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə hadisə şahidləri məlumat verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, zərbələr həm gecə, həm də gündüz vaxtı qeydə alınıb.
Xatırladaq ki, bir gün əvvəl Donald Tramp ABŞ-ın İranla yaxşı və məhsuldar danışıqlar apardığını bəyan etmişdi. O, yeni görüşlər keçirilən müddətdə — 5 gün ərzində hərbçilərə İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna hər hansı zərbə endirməyi təxirə salmağı əmr edəcəyini bildirmişdi.
Məryəm Quliyeva