9 İyul 22:25
Kriptovalyutalar bahalaşıb – “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır
ABŞ İrana yeni zərbələr endirməyə hazırdır, lakin diplomatiyaya şans vermək istəyir
İsrail yaxın günlərdə işğal olunmuş ərazilərin bir hissəsini Livana qaytaracaq
İsrail İrana daha güclü zərbə endirməyə hazır olduğunu bəyan edib
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
23 Mart 12:17
3 241
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 882,9 ton kərə yağı istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.
Mart ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 67,3 ton təşkil edib.
Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-fevral aylarına nisbətən 42,8 faiz azalaraq 5 816,4 ton, duru bitki yağının istehsalı isə 30,2% artaraq 9 391,4 ton təşkil edib.
Bundan başqa, ötən iki ayda Azərbaycanda 589,1 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 23 min 410,8 ton meyvə-tərəvəz konservləri, 8 436,9 ton pendir və kəsmik istehsal olunub ki, bu da əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq, 15,2%, 15,2%, və 2,8% azdır.
Qeyd edək ki, hesabat dövründə ölkəyə, ümumilikdə, 22 milyon 994 min ABŞ dolları dəyərində 3 556 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bir kiloqram kərə yağının orta hesabla qiyməti 11 manat (6.47 dollar) təşkil edib. Yanvar ayının statistikasına görə, Azərbaycana kərə yağı ən çox İran (953 ton), Səudiyyə Ərəbistanı (207 ton), Belarus (236 ton) və Ukraynadan (159 ton) idxal edilir.
|
Ölkələr |
Kərə yağı idxalı, ton | Həcm (ABŞ dolları) |
| İran İslam Respublikası | 953,13 | 5323,91 |
| Səudiyyə Ərəbistanı | 206,83 | 1847,74 |
| Belarus | 236,16 | 1422,73 |
| Ukrayna | 159,4 | 1081,83 |
| Finlandiya | 92,99 | 991,76 |
| Yeni Zelandiya | 59,9 | 470,7 |
| Fransa | 52,96 | 456,38 |
| Almaniya | 40,19 | 305,22 |
| Belçika | 20,7 | 152,64 |
| Litva | 17,76 | 127,82 |
| Polşa | 18,85 | 118,43 |
| Türkiyə | 2,69 | 26,35 |