14:06
1 022
Krım Respublikasında planlı təlim-məşq uçuşu yerinə yetirən "Su-30" təyyarəsi qəzaya uğrayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 11.00 radələrində Krım Respublikasında planlı təlim-məşq uçuşu zamanı 'Su-30' təyyarəsi qəzaya uğrayıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirib", — deyə məlumatda bildirilir.
Nazirlikdən dəqiqləşdiriblər ki, döyüş təyyarəsinin heyəti katapult edib. Pilotlar axtarış-xilasetmə qrupu tərəfindən təxliyə olunublar. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Məryəm Quliyeva