Kats: "Livanda əməliyyatlar hələ başa çatmayıb" Dünya

Kats: "Livanda əməliyyatlar hələ başa çatmayıb"

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, "İsrail Müdafiə Ordusu (SAXAL) təmizlədiyi və ələ keçirdiyi bütün əraziləri nəzarətdə saxlayır və onları idarə etməyə davam edəcək".

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərindən "Clash Report" sitat gətirir:

"İsrail Müdafiə Ordusu təmizlədiyi və ələ keçirdiyi bütün əraziləri saxlayır və saxlamağa davam edəcək. Livandakı quru əməliyyatları və bütün Livan ərazisində 'Hizbullah'a endirilən zərbələr bir çox hədəfə çatmışdır, lakin hələ yekunlaşmayıb", — deyə Kats bildirib.

Bundan əvvəl Livanda 10 günlük atəşkəs rejimi başlamışdı, lakin Katsın qeyd etdiyi kimi, İsrail öz mülahizəsinə uyğun olaraq zərbələr endirmək hüququnu qoruyub saxlayır.

Bununla belə, "Clash Report" yazır: "Yeni elan edilmiş atəşkəs hərbi əməliyyatları dayandırıb və məcburi köçkün livanlıların bir hissəsi evlərinə qayıtmağa başlayıb. Eyni zamanda, sazişin faktiki şərtləri İsrailə zərbələri davam etdirməyə icazə verir ki, bu da atəşkəsin gərginliyin azaldılmasında real effektivliyini sual altına qoyur".

Məryəm Quliyeva