10:20
595
İslamabadda ABŞ və İran arasında keçirilməsi ehtimal olunan danışıqlarla bağlı təhlükəsizliyin təmin edilməsi üçün hazırlıq işləri görülür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
Nəşrin Pakistandakı müxbiri xəbər verir ki, paytaxtın bəzi rayonlarında, o cümlədən ciddi mühafizə olunan "qırmızı zona"da komendant saatı tətbiq edilib, yollar bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumatda deyilir ki, son 24 saat ərzində İslamabada bir neçə "Boeing C-17 Globemaster III" təyyarəsi eniş edib. Bu təyyarələrin təhlükəsizlik əməkdaşları və zirehli texnika da daxil olmaqla, qabaqcıl qrupları gətirdiyi ehtimal olunur.
Amerikalı hərbçilərin gəlişi danışıqlara hazırlığın irəlilədiyini göstərir, lakin İranın mövqeyi hələlik qeyri-müəyyən olaraq qalır.
Məryəm Quliyeva