10:35
987
Aprelin 21-nə keçən gecə Rusiya Ukraynaya iki ədəd "İskander-M" ballistik raketi və 143 ədəd "Şahed", "Gerbera", "İtalmas" və digər tipli zərbə PUA-ları ilə hücum edib. Onlardan təxminən 80-i "Şahed" tipli olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
İlkin məlumatlara görə, cənub və şərq hissələrində hava hücumundan müdafiə qüvvələri tərəfindən 116 PUA vurulub və ya zərərsizləşdirilib.
22 zərbə PUA-sının 17 məkanda hədəfə dəydiyi, həmçinin vurulan PUA-ların qalıqlarının 7 məkana düşdüyü qeydə alınıb.
Məryəm Quliyeva