12:31
749
ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası, görünür, İran xam neftinin alıcılara çatdırılmasına mane olur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Bloomberg" agentliyi peyk görüntülərinə və dəniz təhlili məlumatlarına istinadən məlumat yayıb.
Hesabata görə, ötən həftənin sonunda İran nefti ilə yüklənmiş 6-8 ədəd supertanker, Fars körfəzindən kənarda, blokada xəttinin yaxınlığında yerləşən Çabahar limanı ətrafında hərəkətsiz qalıb.
Yaxınlıqda həmçinin daha kiçik ölçülü tankerlər də müşahidə olunub. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin ötən həftə ələ keçirdiyini bəyan etdiyi iki nəhəng neft tankerinin (VLCC) istiqamətinin dəyişdirildiyi eyni ərazidir.
Bloomberg qeyd edir ki, gəmilərin bu cür toplanması İranın nefti tankerlərə yükləməyə davam etdiyini, lakin Hörmüz boğazı vasitəsilə hərəkətin sıfıra yaxın olduğunu göstərir. Bununla əlaqədar olaraq, boş anbar tutumlarının tükənməsi səbəbindən Tehran yaxın vaxtlarda hasilatı dayandırmaq məcburiyyətində qala bilər.
Məryəm Quliyeva