ABŞ-da Qrin-kart və vətəndaşlıq üçün təhlükəsizlik yoxlamaları sərtləşdirilir Gündəm

ABŞ-da Qrin-kart və vətəndaşlıq üçün təhlükəsizlik yoxlamaları sərtləşdirilir

ABŞ Prezidenti Donald Trampın administrasiyası miqrantların müəyyən kateqoriyalarının gücləndirilmiş şəkildə yoxlanılması üçün yeni tədbirlər tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Söhbət immiqrasiya imtiyazları — sığınacaq, qrin-kart və ABŞ vətəndaşlığı üçün müraciət edən şəxslərdən gedir. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) əməkdaşlarına tapşırılıb ki, müraciət edənlər genişləndirilmiş tərcümeyi-hal yoxlamasından keçməyənə qədər müraciətləri təsdiqləməsinlər.

Bu sərtləşdirmə, prezidentin fərmanı çərçivəsində FTB-nin (FBI) cinayət keçmişi ilə bağlı məlumat bazasına USCIS-in daha geniş çıxışını təmin etmək qərarı ilə əlaqədardır.

USCIS agentliyin əlavə təhlükəsizlik tədbirləri tətbiq etdiyini təsdiqləyib. Bu tədbirlər federal məlumat bazalarına genişləndirilmiş çıxış sayəsində müraciət edənlərin daha dərindən yoxlanılmasına yönəlib.

Məryəm Quliyeva