09:39
1 225
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin silah ixracına başladığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna prezidenti Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) və Ukrayna kəşfiyyatına Rusiya ilə əməkdaşlıq etdikləri üçün silah ixracının mümkün olmadığı ölkələrin siyahısını müəyyən etməyi tapşırıb.
Zelenski dəqiqləşdirib ki, Kiyev Moskvanın Ukrayna texnologiyalarına və silahlarına çıxış əldə etməsini istəmir.
Məryəm Quliyeva