17:44
917
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEK və OPEK+ qrupundan çıxması, təşkilatları neft qiymətlərini süni şəkildə artıraraq "dünyanın qalan hissəsini qarət etməkdə" ittiham edən ABŞ Prezidenti Donald Tramp üçün qələbədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.
Aprelin 28-də BƏƏ mayın 1-dən etibarən OPEK və OPEK+ tərkibindən çıxacağını elan edib.
Əmirliklərin Energetika naziri bildirib ki, bu qərar "hasilat səviyyəsi ilə bağlı cari və gələcək siyasətin hərtərəfli təhlilindən sonra" və digər ölkələrlə məsləhətləşmədən qəbul edilib. Lakin o əlavə edib ki, Hörmüz boğazının blokadası səbəbindən bu addım bazara ciddi təsir göstərməyəcək.
Agentlik qeyd edir ki, bu gediş xaosla nəticələnə bilər və daxili fikir ayrılıqlarına baxmayaraq, dünyaya vahid cəbhə nümayiş etdirməyə çalışan OPEK-i zəiflədə bilər. Həmçinin, məqalədə deyilir ki, BƏƏ-nin qərarı OPEK-in faktiki lideri olan Səudiyyə Ərəbistanına ciddi zərbə vurur.
Məryəm Quliyeva