Azərbaycanda bankların aktivləri 58 mlrd. manata yaxınlaşıb İqtisadiyyat

Azərbaycanda bankların aktivləri 58 mlrd. manata yaxınlaşıb

Bu il aprel ayının 1-ə Azərbaycanda bankların cəmi aktivləri 57 milyard 960.8 milyon manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövrünə bankların cəmi öhdəlikləri 50 milyard 292.5 milyon manat, balans kapitalı isə 7 milyard 668.3 milyon manat olub.