19:16
721
Qətər Pakistanın ABŞ ilə İran arasında vasitəçilik səylərini dəstəkləyir və davam edən qarşıdurmada Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə olunmasını qəbuledilməz sayır.
APA xəbər verir ki, bunu Qətər xarici işlər nazirliyinin sözçüsü Məcid əl-Ənsari mətbuat konfransında bildirib.
“Biz bu vasitəçilikdə problem görmürük və danışıqların davam etdirilməsini dəstəkləyirik”, – o deyib.
Əl-Ənsari həmçinin vurğulayıb ki, gəmilərin Hörmüz boğazından keçidinin qarşısının alınması və ya boğazdan təzyiq vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir.