KİV: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlamağı tapşırıb Dünya

KİV: Tramp İrana qarşı uzunmüddətli blokadaya hazırlamağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırıb.

“The Wall Street Journal” yazır ki, Tramp İran iqtisadiyyatına təzyiq göstərmək üçün xüsusilə neft tankerlərinin ölkə limanlarından çıxışının qarşısının alınmasını dəstəkləyir. O hesab edir ki, bombardmanların bərpası və ya münaqişədən çıxmaq daha risklidir.

Bununla belə, administrasiya daxilində fikir ayrılığı var.

Bəzi rəsmilər təzyiqin artırılmasını dəstəkləsə də, digərləri bunun ABŞ iqtisadiyyatına və ara seçkilərə mənfi təsir edə biləcəyini düşünür.