17:39
546
ABŞ Prezidenti Donald Tramp İranın "çöküş" vəziyyətində olduğunu bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.
"İran indicə bizə "çöküş halında" olduqlarını bildirdi. Onlar öz rəhbərliklərindəki vəziyyəti qaydasına salmağa çalışarkən, bizim Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər. Hesab edirəm ki, onlar buna nail ola biləcəklər".
Tramp ABŞ-ın İranın dəniz limanlarına tətbiq etdiyi blokadadan imtina edib-etməyəcəyi barədə isə dəqiq məlumat verməyib.
Məryəm Quliyeva