10:21
679
2026-cı ilin I rübü ərzində banklar 372 mln. manat xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.
İlk rüb üzrə bankların əməliyyat mənfəəti isə 521 mln. manat təşkil edib.
Bundan əlavə, müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib.