28 Oktyabr 17:49
28 Oktyabr 17:11
28 Oktyabr 14:15
28 Aprel 19:16
2 982
Aprelin 28-də xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Saeed Bin Mubarak Al Hajerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə BƏƏ arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri geniş müzakirə olunub.
Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədən bərpa olunan enerji), nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının əlverişli investisiya mühiti və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
28 Oktyabr 22:10
819
28 Oktyabr 21:48
1 015
28 Oktyabr 21:34
847